Nigeriyanın şimal-qərbindəki Kano əyalətində yerləşən məscidə intihar hücumu təşkil edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, verilən açıqlamada Umar bin Xattab məscidinə edilən hücumun qadın terrorçu tərəfindən törədildiyi bildirilib. Qadın üzərində gətirdiyi parltayıcı qurğunu məscidin qapı önündə işə salıb. Hadisə zamanı çoxlu sayda yaralının olduğu qeyd edilib.
Hücuma görə məsuliyyəti “Boko Haram” terror qruplaşması öz üzərinə götürüb.
Samir