Türkiyə və Rusiya "Türk axını"nın tikintisi üzrə yekun razılığa gəlməyiblər.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız deyib.
Onun sözlərinə görə, tərəflər iyunun 13-də Bakıda bir sıra məsələlər üzrə ilkin razılığa gəlsələr də baxmayaraq, hazırda "Türk axını"nın tikintisi haqqında tərəflər arasında heç bir yekun saziş yoxdur.