Türkiyə parlamenti ölkə Silahlı Qüvvələrinin BMT-nin sülhməramlı kontingenti tərkibində Livanda mandatının 1 il uzadılmasını təsdiq edib.
Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Qeyd edək ki, ölkə parlamenti daha əvvəl ordunun Suriya və İraqda hərbi əməliyyatlarda iştirakına icazə verən mandatı təsdiq etmişdi.