11 İyul 2015 01:24
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalinin paytaxtı Moqadişo şəhərində güclü partlayış baş verib.


APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze paytaxt otellərinin birinin qarşısında minalanmış avtomobili partladıb.


İlkin məlumatlara görə, terror aktı nəticəsində azı 4 nəfər ölüb.

Hadisəyə görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməsə də, ehtimal olunur ki, partlayışı ölkədə fəaliyyət göstərən və “Əl-Qaidə” terror təşkilatı ilə bağlı olan “Əş-Şəbab” qruplaşması törədib.


Müəllif: