Arbitraj məhkəməsi Yunanıstanın DEPA şirkətinə qarşı qaldırılmış iş üzrə Türkiyənin xeyrinə qərar çıxarıb.
Trend-in “Milliyyət” qəzetinə istinadən verdiyi məlumata əsasən, məhkəmənin qərarından sonra Türkiyə DEPA-dan 100 milyon dollar alıb.
Məhkəmə qərarına münasibət bildirən Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız qeyd edib ki, Ankara Yunanıstanın çox borcu olduğunu başa düşür, ancaq Türkiyənin maraqları hər şeydən öndə gəlir.