Yaponiyanın cənub sahillərində Nanqka adlı qasırğa həyatı iflic edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, rəsmilər 350 min insanın evakuasiya edildiyini açıqlayıblar. Qasırğa artıq 2 nəfərin ölümünə, 31-nin isə xəsarət almasına səbəb olub.
Nanga qasırğasının zəifləyərək tropik fırtınaya çevrilməsinə baxmayaraq, sinoptiklər bölgədə güclü küləklərin və fırtınanın davam edəcəyini bildiriblər.
Samir