Ramazan bayramı günlərində dilənçilərin küçələrdə aktivliyi müşahidə edilir.
Publika.az xəbər verir ki, qonşu Türkiyədə də bayram günlərini fürsət bilib dilənçilik edənlərin sayı artıb.
Üstəlik yalançı dilənçilərin də sayı artıb. Bayramın birinci günündə 31 yaşlı Məhməd T. adlı dilənçi əvvəl Bursa da, sonra İnegöldəki Atatürk Bulvarında dilənçilik edib. Boynuna asdığı “dilsizdir və eşitmir” yazısı ilə insanların dini və mənəvi duyğularını istismar edib, pul istəyib.
Bayram günü gücləndirilmiş rejimdə işləyən polis onun başqa şəhərdən gəldiyini anlayıb və bölməyə aparıb. Bölmədə məlum olub ki, o həm eşidir, həm də danışa bilir. Dindirmə zamanı onun bir gündə yalanla 200 manata yaxın pul qazandığı müəyyən edilib. Polis pulu müsadirə etdikdən sonra “lal-kar”ı avtobusa mindirərək Adanaya göndərib.