Dolmabaxça zirvə görüşündə Ərdoğana dəqiqəbədəqiqə məlumat verilib. Axar.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli jurnalist Can Dündar çıxış edib.
O, Ərdoğanın xəbərsiz olduğu dediyi görüşlə bağlı önəmli məlumatları bölüşüb: “Ərdoğanın xəbərsiz olduğu bildirilən, hökumətlə HDP-nin İmralı heyəti arasında baş tutan Dolmabaxçadakı görüşdən xəbərdaram. Ərdoğanın belə görüşlə bağlı “mənimlə razılaşmadan hərəkət etdilər” ifadəsini qəbul etmirəm
Dolmabaxça görüşünün hər anından xəbədar idilər. HDP-çilərin hər tələbi telefonla Ərdoğana bildirildi və rəy alındı. Ərdoğanın “yox” dediyi bu görüşdən Davudoğlunun da xəbəri var idi”.