23 İyul 2015 11:52
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı fizik Professor Stiven Hokinq kosmosda həyatın olub-olmadığı sualını aydınlığa qovuşdurmağı hədəfləyən bir layihəyə start verib.

Teleqraf.com xəbər verir ki, həyata keçirilən layihә, dünya xaricində düşünə bilən həyat axtarışına dəstək verən ən böyük layihədir.

10 il davam edəcək araşdırma çərçivəsində dünyaya ən yaxın bir milyon ulduzdan siqnallar alınacaq.

100 milyon dollarlıq layihəyә, Londonun "Breakthrough Initiatives" qrupu başçılıq edir.

Qeyd edək ki, dünyaca məşhur fizik Stiven Hokinq də layihəni dəstəkləyib.

Layihənin açılış mərasimində çıxış edən Hokinq ‘‘Kainatda bir yerlərdə düşünə bilən yaşamın olduğunu və dünyanı bəlkə də izlədiyini’’ qeyd edib:

“Bizim üçün ən əhəmiyyətli sual başqa planetdә həyatın olub olmamasıdır. Çünkü bizlər düşünə bilən varlıqlarıq və bu suala cavab tapmalıyıq”.

Rüstəm


Müəllif: