Antalyada 25 yaşlı gənc 16 yaşlı qızı evinə aparıb, içkisinə dərman qataraq təcavüz etməkdə ittiham olunub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, anası ilə birlikdə qalan qız hamilə qalınca dərman deposunda işləyən V.Y-nin ona təcavüz etdiyini iddia edib. Bundan sonra qızın ailəsi V.Y-dən polisə şikayət olunub. Abortla hamiləliyi başa çatdıran qız təcavüzə uğradığını, qorxudan bunu kimsəyə danışmadığını deyib.
Məhkəmədə açıqlanan DNT testinin nəticələrinə əsasən M.A.nın V.Y-dən hamilə qalmadığı məlum olub. Məhkəmə mütəhimin bəraətinə qərar verib. Nəticəyə etiraz edən qızın anası qərardan şikayət edəcəklərini bildirib.
Rüstəm