Türkiyə Suriya sərhədi boyunca modul sədd tikəcək.
Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu qərar Suruçda 32 nəfərin həyatın son qoymuş terror aktından sonra verilib.
Türkiyə Baş nazirinin müavini Bülənt Arınç bildirib ki, Suriya ilə sərhəddə təhlükəli sahələr aşkar edilib: "Həmin sahələrdə bütün texniki imkanlarla birgə tədbirlər görüləcək".
Uzunluğu 150 kilometr olacaq modulu istənilən yerdə söküb yığmaq mümkün olacaq. 118 kilometr sahədə projektor işıqlandırması olacaq və sərhədyanı yollar təmir ediləcək.
B.Arınç qeyd edib ki, bu və digər tədbirlərin dəyəri təqribən 86 milyon dollar təşkil edəcək.