İsrail polisi Yerusəlimdə (Qüdsdə) keçirilən Gey Paradda altı nəfəri bıcaqlayan kişini tutub. Polisin sözçüsü bildirib ki, həmin şəxs 2005-ci ildə keçirilmiş paradda üç nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxsdir.
Ultra- Ortodoks yəhudisi Yishai Schlissel ilk hadisəyə görə 12 il həbs cəzası alıb və cəmi üç həftə öncə həbsxanadan çıxıb. Yaralıların ikisinin vəziyyəti ağırdır, həkimlər deyir. Nümayişçilərin arası ilə gedən Schlissel qəfildən qışqıraraq ətrafdakıları bıcaqlamağa başlayıb, sonra isə polis onu tutub.
Fotoqraflardan biri onun bıcağı üst geyiminin içindən çıxardığını və başının üzərinə qaldırmasını çəkib. 20 yaşlı Yasmin Yusupov BBC-ə deyib ki, o və onun dostları hadisə baş verən zaman qaçmağa başlayıb, daha sonra yerdə bir neçə yaralı görüblər.
"Hamının əli qanlı idi, çünki hamı bir-birinə yardım etməyə çalışırdı". Parad hadisədən sonra da davam edib. İsrailin baş naziri Benjamin Netanyahu və prezident Reuven Rivlin hadisəni pisləyiblər.