2 Avqust 2015 12:43
3 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərində dəhşətli olayın üstü açılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, şəhər sakini 4 uşaq atası Əkrəm E.-nin 21 yaşlı qızı H.E-ə 6 il boyunca təcavüz etdiyi ortaya çıxıb. Hadisədən ilk xəbərdar olan qonşu olub. O, dərhal polisə xəbər verib. İfadə verən ata əqli çatışmazlığı olan qızına təcavüz etmədiyini deyib.

Ancaq hadisə ilə bağlı araşdırmalara başlayan polis daha bir faktın üstünü açıb.

Məlum olub ki, 6 il boyunca edilən təcavüzdə H.E. 3 dəfə hamilə qalıb. İlk hamiləliyində uşağı olmayan qızın sonraki hamiləliyindən olan uşaqlarının anası tərəfindən itlərə yem edildiyi açıqlanıb.

Bu gün Əkrəm E. məhkəmə qarşısına çıxarılacaq. Günahı sübuta yetirilərsə, onu 30 il həbs cəzası gözləyir.

Elvin


Müəllif:

Oxşar xəbərlər