Aralıq dənizində Liviya sahillərində miqrantları aparan qayıq çevrilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı qayıda 700 nəfər olub. Rəsmilər qayığın həddən artıq çox insan götürdüyü üçün çevrildiyini bildiriblər.
Hazırda İrlandiya dəniz qüvvələri tərəfindən xilasetmə işləri davam etdirilir.
Beynəlxalq Miqrasiya Təşkilatının yaydığı məlumata görə, 100 miqrantı xilas etmək mümkün olub.
Samir