9 Avqust 2015 15:11
2 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropadan başlayan "İpək yolu" Çinə Ukrayna ərazisindən keçərək getməlidir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti və hazırda Ukraynanın Odessa əyalətinin qubernatoru Mixail Saakaşvili deyib. Onun sözlərinə görə, "İpək yolu" vasitəsilə gələn yüklər Ukrayna ərazisindən keçib, Rusiyaya, oradan isə Çinə getməlidir.

Saakaşvili bu layihənin reallaşması üçün İliçevsk limanının yenidən qurulması və buradan Dnestrovsk ərazisinə körpü tikmək lazımdır: "Bu yol malların Çinə çatdırılmasını 21 gü tezləşdirəcək. Hazırda Rusiyadan keçərək Çinə malların çatdırılması üçün 30 gün tələb olunur. BU yolla mallar cəmi 9 günə bu məsafəni qət edəcək".

Qeyd edək ki, Çin və Avropa arasında nəqliyyat dəhlizini təmin edəcək infrastruktur layihəsi olan "İpək yolu"nun qollarından biri Rusiya ərazisindən keçir.

Samir


Müəllif:

Oxşar xəbərlər