Təcavüzə görə həbs olunan məhkum Norveçdə adada yerləşən Bastoy həbsxanasından qaça bilib.
Teleqraf.com-un xarici mediaya istinadən verdiyi xəbərə görə, həbsxana ətrafından tapdığı sörfinq taxtası ilə dənizə baş vuran məhkum plastik bir parçadan kürək kimi istifadə etmək yolu ilə qaçıb.
Polislər sörfinq taxtası və plastik parça kimi əşyaların həbsxana ətrafında olmasını təhlükəsizlik tədbirlətinə maneə yaratdığını söyləyib.
Qeyd edək ki, hazırda Bastoyda 115 məhkum var.