13 Avqust 2015 21:38
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının döyüşçüləri Liviyanın Sirt şəhərində kütləvi edam həyata keçirib.

Telerqaf.com ria.ru-ya istinadən xəbər verir ki, terrorçular İŞİD-ə qarşı çıxan 30 yerli sakini güllələyib. Edam xalqın gözü önündə həyata keçirilib.

Yerli mənbələrin məlumatına görə, sakinlər İŞİD terrorçularının zülmündən xilas olmaq üçün Sirti tərk etmək məcburiyyətində qalıblar.

Samir


Müəllif:

Oxşar xəbərlər