Ötən gün Şərqi Hindistanın Assam ştatında üçü uşaq olmaqla, ən azı yeddi nəfər ildırım vurması nəticəsində dünyasını dəyişib, daha 21 nəfər xəsarət alıb.
"Report" NDTV-yə istinadən xəbər verir ki, insident Barpeta dairəsində Beka çayı ilə hərəkətdə olan qayığı ildırım vurması nəticəsində baş verib.
Zərərçəkənlərin hamısı yerli qospitala çatdırılıb və onlara lazımi tibbi yardım göstərilib. Həkimlər üç nəfərin ağır vəziyyətdə olduğunu bildiriblər.