17 Avqust 2015 12:02
2 909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə cinsi əlaqədən imtina edən qadın bıçaqlanaraq qətlə yetirilib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı Fərat A. ayağından bıçaqladığını deyərək xəstəxanaya müraciət edib.

Polisin apardığı araşdırma nəticəsində Fərat.A-nın restoranda işlədiyi öyrənilib. Restoran sahibi isə polisə Fəratın 4 gün əvvəl 36 yaşlı Süzan Çağlayanla işdən çıxdığını və bir daha qayıtmadığını bildirib.

Şübhəli Fəratın evində aparılan axtarış zamanı Süzan Çağlayanın cəsədi tapılıb.

Fərat polisə verdiyi ifadəsində qadın ilə cinsi əlaqəyə girmək istədiyini, ancaq Süzanın bu təklifə razılaşmadığını etraf edib. O, bu səbəbdən mətbəx bıçağı ilə Süzan Çağlayanın boğazını kəsərək öldürdüyünü etiraf edib.

Fərat qadını öldürdükdən sonra xalçaya bükərək üzərinə sement töküb. O, daha sonra cəsədin üzərini qarderobun qapaqları ilə örtüb.

Faktla bağlı istintaq davam edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər