17 Avqust 2015 15:05
1 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarıcı işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə Moskvada bu gün keçirilən görüş zamanı Ukrayna sərt açıqlamaları ilə yadda qalıb.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, görüşdə Ukrayna böhranı məsələsinə toxunan Lavrov Donbasdakı vəziyyətin ürəkaçan olmadığını deyib.

O bildirib ki, Rusiya bu bölgədə vəziyyətin gərginləşməsindən narahatdır: "Donbasdakı vəziyyət növbəti tam miqyaslı hərbi əməliyyatların başlanmasına səbəb ola bilər. Rusiya cəbhə xəttindəki gərginlikdən narahatdır".

Lavrov Ukraynanın əldə edilmiş razılıqlara əməl etmədiyini deyib: "Ukrayna əldə edilmiş Minsk razılaşmalarının müddəalarına əməl etmir. Rusiya "Normand dördlüyü" ilə bu məsələni müzakirə etməyə hazırdır. Fikrimcə, Ukrayna böhranının həlli üçün "Normand dördlüyü"nün fəaliyyəti vacibdir".

Samir


Müəllif:

Oxşar xəbərlər