İsrail haqsız yerə həbs olunan və 65 gündür aclıq aksiyası keçirən fələstinli vəkil Məhəmməd Allanı azad edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İsrail Ədalət Məhkəməsi qərar çıxarıb. Əldǝ edǝlǝn mǝlumata görǝ xəstəxanada müalicəsi davam edən Allan aclıq aksiyasına son qoyub.
Qeyd edək ki, 2014-cü ilin noyabrında həbs olunan Allan mühakimə edilmədən 6 ay müddətində həbsxanada saxlanılıb.
Samir