Romada mafiya başçısının dəfn mərasimi ölkədə kəskin narazılığa səbəb olub.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, mafiya lideri olan 65 yaşlı Vittorio Kasamonikanın tabutunu qara, cins atların karvanı müşayiət edib, helikopterdən gül ləçəkləri səpələnib və "Xaç Atası" filmindən musiqi ifa olunub. San Ciovanni Bosko kilsəsinin qarşısında asılmış plakatlarda onu "Roma kralı" kimi təqdim ediblər. Bu, italyan siyasətçilərin qəzəbinə səbəb olub.
Amma buna baxmayaraq, mərasimdə yüzlərlə insan iştirak edib.
Qeyd edək ki, Kasamonika mafiнası reketçilikdə, narkotik qaçaqmalçılığında və talançılıqda ittiham olunur.
Samir