Rusiyanın Həştərxan vilayətində qitələrarası ballistik raket sınaqdan keçirilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, raket “Kapustin Yar” poliqonunda buraxılıb.
Bu barədə Rusiya Strateji Təyinatlı Raket Qoşunlarının mətbuat xidmətinin məlumatında bildirilir.
“22 avqust tarixində saat 18.13-də (Bakı vaxtı ilə 20.13-də) Strateji Təyinatlı Raket Qoşunlarının döyüş heyəti Həştərxan vilayətində “Kapustin Yar” mərkəzi dövlət poliqonundan “Topol” RS-12М tipli qitələrarası ballistik raketinin buraxılışını həyata keçirib”, deyə məlumatda bildirilir.
Məlumata görə, ballistik raketin təlim döyüş hissəsi Qazaxıstandakı poliqonda yerləşən şərti hədəfi vurub.