25 Avqust 2015 11:31
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ Tehranda səfirliyini açmaq niyyətində deyil".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Con Kibri deyib. Onun sözlərinə görə, ABŞ-ın əsas istəyi İranın nüvə razılaşmasına axıradək əməl etməsidir.

Kibri İngiltərənin Tehranda yenidən səfirlik açmasına da münasibət bildirib: "Hər bir ölkə diplomatik əlaqələr qurulması istiqamətində müstəqil addım atır. Biz də bu qərarlara hörmət edirik".

Qeyd edək ki, Böyük Britaniyanın Tehrandakı səfirliyi dörd illik fasilədən sonra dünən yenidən fəaliyyətə başlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər