İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğana yeni təhdid mesajı göndərib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terrorçular koalisiyaya dəstək verdiyi üçün Ərdoğanı "mürtəd" elan edib və onun öldürülməsinə fətva verib.
Sosial mediada paylaşılan məlumatda Ərdoğanın müsəlmanların qanını tökdüyü və İŞİD-i vuran bütün xalqların cəzalandırılacağı bildirilib.
Samir