5 Sentyabr 2015 20:09
2 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada elə xüsusi yerlər var ki, ora giriş tamamilə qadağandır. Bu yerlərə ancaq xüsusi icazəsi olan şəxslər və işçilər daxil ola bilər.

Teleqraf.com həmin yerlərin siyahısını təqdim edir:

1. Pripyat, Ukrayna

Pripyat şəhəri Çernobıl nüvə fəlakətindən əvvəl insanların yaxşı yaşadığı yer olub. 1970-ci ildə Çernobıl Atom Elektrik stansiyası əməkdaşları üçün qurulmuşdu. İndi isə tam mənasında kabus şəhəri xatırladır. Bölgədəki yüksək radiasiya olduğundan şəhərə giriş qadağandır.

2. “Mount Weather”, Virciniya, ABŞ

“Mount Weather” xüsusi hallar zamanı dövrəyə girən kompleksdir. «Soyuq müharib»ə dövründə - 1958-ci ildə SSRİ-nin “Sputnik” adlı peykinin kosmosa çıxışından sonra müdafiə məqsədilə yaradılıb. Yalnız yüksək səviyyəli dövlət rəsmlərinin istifadə etdiyi bu kompleks yeraltı və yerüstü hissədən ibarətdir. Vaşinqtondan bir neçə dəqiqəlik məsafədə yerləşir. Bu ərazi xüsusi qorunur. 11 sentyabr hücumlarından sonra Dik Çeyni buraya uçmuşdu.

3. “Woomera Qadağa Zonası”, Avstraliya

Adından da aydın olduğu kimi bura giriş qadağandır. Bu bölgədə Avstraliya ordusu yeni silahlarını sınaqdan keçirir. Bu ərazinin həmçinin yeraltı sərvətlərləd ə zəngin olduğu bildirilir.

4. “Javari Qoruğu”, Braziliya

Braziliya höküməti meşələrdə yaşayan yerli xalqları qorumaq üçün bu ərazilərə girişi qadağan edib. Ümumi sahəsi 55 000 kvadrat metr olan ərazi qoruma altına alınıb.

5. “51-ci Zona”, ABŞ

Barak Obama bildirib ki, prezident seçiləndən sonra insanların sizə verdiyi ilk sual “51-ci Zona”da nə baş verir olur. “51-ci Zona” Las-Veqasdan 153 km şimalda, Qrum gölü yaxınlığında yerləşir. Ərazi Nevada Sınaq Sahəsi və Nellis Hava Qüvvələri Sahəsi ilə əhatə olunub. “51-ci Zona”ya giriş qəti qadağandır. Hətta təhlükəsizlik qüvvələrinin ərazitə daxil olanları öldürmək səlahiyyəti də var. Bura nə qurudan, nə də havadan 46 kilometr məsafədə yaxınlaşmaq olmaz.

“51-ci Zona”-nın təhlükəsizliyini “Cammo Dudes” adlı mühafizə dəstəsi qoruyur.

6. “39-cu Otaq”, Pyongyang, Şimali Koreya

39-cu otaq, 39-cu şöbə və ya 39-cu büro olaraq tanınan bu yer Şimali Koreyanın ən gizli saxlanılan iclaslarının aparılması üçündür. Bu yer ölkənin qurucusu Kim II Sunqun ölümündən sonra qalan pullarını idarə etmək üçün yaradılıb. Şimali Koreya isə belə bir yerin olmasını təkzib edir. Bura girməyin cəzası ölümdür və bu cəza şəxsin ailə üzvlərinə də eyni şəkildə tətbiq olunur.

7 . Mejqorye Bölgəsi, Başqırdıstan Respublikası, Rusiya

Bura Rusiya tərəfindən sirr kimi saxlanan bir regiondur. Qəsəbədə simvolik sayda əhali yaşayır və bu insanların Yamantaş dağlarında gizli fəaliyyət göstərdiyi güman edilir. NATO bu bölgədə gizli nüvə fəaliyyətlərin davam etdirildiyindən də şübhələnir. “Soyuq müharibə” dövründə yaradılmış qəsəbə qadağan olunmuş bölgədir və bütün dünya üçün sirr olaraq qalmaqda davam edir.

8. “Pine Gap”, Avstraliya

Avstraliyanın “51-ci Zona”sı adlandırılır. Pine Gap, Amerika və Avstraliya hökumətinin birgə işlədyi gizli bir qurğudur.

Hökumət 1970-də qurulan komplekslə bağlı çox danışmağı sevmir. Bölgəyə giriş isə qəti qadağandır.

9. Svalbard Qlobal Toxum Anbarı (Qiyamət Anbarı)

Norveçdə yerləşən bu anbar - Qiyamət Anbarı adlanır. Svalbard Qlobal Toxum Anbarında dünyadakı bütün bitki toxumlarından var. Anbar dünya baş verə biləcək fəlakətdən sonra nəsli tükənəcək bitkilərin yenidən bərpa edilməsi üçün hazırlanıb. Anbar dağın 130 metr altında inşa edilib və 2008-ci ildə açılıb. Kənar şəxslərin anbara girişi mümkün deyil.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər