Bu gün səhər Parisin Sena-Sen-Deni departamentində II Dünya müharibəsi illərindən qalma üç aviabombanın zərərsizləşdirilməsi üzrə əməliyyata start verilib.
Publika.az xəbər verir ki, bu barədə departamentin perfekturası məlumat yayıb.
Bombalar əhalinin sıx məskunlaşdığı Nuazi-le-Sek və Bobini şəhərləri yaxınlığındakı ərazidə aparılan dəmir yolu işləri zamanı aşkar edilib.
Bu, təqribən 8 min insanın müvəqqəti olaraq təxliyəsini tələb edib.
Əməliyyata 300-dən çox polis cəlb olunub. (Report)