Qadın ona xəyanət edən ərindən boşanmaq üçün məhkəməyə müraciət edib və ondan külli miqdarda təzminat tələb edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Fransada baş verib. Qadın evə gəldiyində yataq otağında ona məxsus olmayan qadın paltarları aşkar edib. Bundan sonra bir müddət ərini izləyən qadın kişinin ona xəyanət etdiyini və ərinin sevgilisinin də evli olduğunu öyrənib.
Boşanmaq üçün məhkəməyə müraciət edən şəxs ərindən təxminən 1 milyon avro təzminat istəyib. Məhkəmə qadının tələbini təmin edib.
Qeyd edək ki, cütlük 3 il əvvəl ailə həyatı qurub və onların iki uşağı var.
Samir