11 Sentyabr 2015 13:48
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Dağlıq Qarabağda qondarma rejim tərəfindən keçiriləcək "seçkilər"i tanımayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Türkiyə Xarici İşlər Nazirliyinin saytında dərc edilib.

Məlumatda bildirilir ki, Ermənistan 20 ildir işğal etdiyi Dağlıq Qarabağ bölgəsində sentyabrın 13-də qondarma seçkilər keçirmək niyyətindədir:

“Bu addım BMT Təhlükəsizlik Şurası qərarlarının və ATƏT prinsiplərinin açıq şəkildə pozulması deməkdir. Bu və buna bənzər hadisələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səylərə zərbə vurur.

Türkiyə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozacaq hər hansı addımı pisləyir və Dağlıq Qarabağda keçiriləcək "seçkilər"in nəticələrini tanımayacaq”.

Samir


Müəllif:

Oxşar xəbərlər