Rusiya mətbuatı iclas, görüş, konfrans zamanı yatan ölkə rəsmilərinin fotolarını yayımlayıb.
Publika.az xəbər verir ki, həmin şəxslər arasında nazirlərdən tutmuş Dövlət Dumasının, bələdiyyələr üzrə dövlət orqanlarının nümayəndələri və digər hökumət rəsmiləri də var.
Jurnalistlər, fotoqraflar xüsususən ədliyyə naziri Aleksandr Konovalovun Hindistanın baş naziri Manmohan Sinq ilə Rusiya prezidenti Vladimir Putinin rəsmi görüşü zamanı yuxulamasına diqqət çəkiblər. Onunla yanaşı, Rusiya Dövlət Dumasının milli məsələlər üzrə komitəsi sədrinin birinci müavini Mixail Starşinovun da rəsmi görüş zamanı yuxulaması maraqlı məqamlardandır.