Türkiyə Xarici İşlər Nazirliyi İsrail hərbçilərinin "Harem-i Şərif"ə girərək müsəlmanların ibadətinə müdaxiləsi etməsinə sərtreaksiya verib.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, XİN-in bu hadisəilə əlaqədar yaydığı bəyanatda deyilir:
"İsrail qüvvələrinin sentyabrın 13-də səhər saatlarından etibarən "Harem-i Şərif"ə girərək içəridəki müsəlman qruplarla qarşıdurmaya getməsi, eləcə də güc tətbiq edərək, müsəlmanların oraya girişinə bir müddət mane olmalarını şiddətlə qınayırıq. İsrail işğal altında saxlamağa davam etdiyi Şərqi Qüdsdə ibadət azadlığını təmin etmək öhdəliyini yerinə yetirməlidir. "Harem-i Şərif"in statusunu və müqəddəsliyini hədəf alan və ibadət azadlığını açıq şəkildə pozan qeyri-qanuni addımlara dərhal son verməsi lazımdır".
Nihad