14 Sentyabr 2015 20:33
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusunun xüsusi bölmələri sentyabrın 14-də Qüdsdə, Məbəd dağındakı Əl-Əksa məscidinə hücum ediblər.

Fələstinin WAFA rəsmi informasiya agentliyi xəbər verir ki, ibadət edənlərə qarşı səs bombalarından, gözyaşardıcı qazdan və pnevmatik silahdan istifadə olunub. Məscidin xalça örtüyünün bir hissəsi yanıb. Bir neçə gənc saxlanılıb.

Agentliyin məlumatına görə, ibadət edən müsəlmanlar qovulandan sonra məscidə radikal əhval-ruhiyyəli bir qrup israilli daxil olub. Bildirilir ki, İsrailin güc strukturları Köhnə Qüdsü, xüsusən Əl-Əksa məscidinin ətrafını qapalı hərbi zonaya çeviriblər.

Qüdsdəki müqəddəs yerlərin qəyyumu statusu olan İordaniya İsrail ordusunun xüsusi bölmələrinin Əl-Əksa məscidinə hücumunu pisləyib.


Müəllif:

Oxşar xəbərlər