Cənubi Sudanda neftlə dolu tankerlərindən birində baş verən partlayış zamanı ölənlərin sayı 182-ə çatıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yanacağı boşaltmaq üçün sahilə yan alan tanker qəfil partlayıb. Hadisənin dəqiq səbəbləri məlum deyil. Hadisə nəticəsində onlarla insan xəsarət alıb.
Qeyd edək ki, oxşar hadisə 2013-cü ildə də qeydə alınıb. Həmin partlayış zamanı 30 nəfər həyatını itirib.
Samir