19 Sentyabr 2015 10:39
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Apple” şirkəti Vaşinqton Federal Dairəsinin Apelyasiya Məhkəməsində Cənubi Koreyanın "Samsung Electronics” istehsalçısı ilə dinləmələr çərçivəsində qaldırılan iddianın qalibi olub.

Teleqraf.com Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, qərara görə, Cənubi Koreya şirkəti bundan sonra planşet və smartfonlarında bir sıra mübahisəli funksiyaların istifadəsindən imtina etməli olacaq.

İyulda "Google”, “Facebook”, “eBay”, “Dell”, “HP” və digər texnoloji şirkətlərin “Apple” ilə patent hüququnun pozulması ilə bağlı məhkəmə dinləmələrində “Samsung”un tərəfini tutması barədə məlumatlar yayılıb.

Mayın 18-də ABŞ Apelyasiya Məhkəməsi hakimlərin 2012-ci ildə “Samsung”un rəqibinə patentin pozulmasına görə 930 milyon dollar ödəməsi ilə bağlı çıxardığı qərarı ləğv edib. O zaman kompensasiyanın məbləği 548 milyon dollaradək azaldılıb.

İki iri smartfon istehsalçısı arasında patent hüququna görə mübahisə 2011-ci ildən gedir. Cənubi Koreya şirkəti bir sıra ölkələrdə qarşılıqlı iddia qaldırıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər