20 Sentyabr 2015 10:55
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada Komi respublikasının başçısı Vyaçeslav Qayzer və 18 vəzifəli şəxs saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onların saxlanılmasına səbəb dövlət əmlakının mənimsənilməsi göstərilib. Saxlanılan şəxslərin evində, eləcə də iş yerlərində axtarışlar aparılıb. Qayzerin ofisində axtarış zamanı qızıl qələm və bahalı saatların kolleksiyası aşkar edilib.

Məsələ ilə bağı jurnalistlərə Rusiya İstintaq komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin açıqlama verib. Onun sözlərinə görə, komitə Qayzerin başçılıq etdiyi və müavini Aleksey Çernov, həmçinin Aleksandr Zarubin, Valeri Veselovun iştirak etdiyi vinayətkar dəstəni zərrəsizləşdirib.

Onların 19 cinayət işində əli olduğu iddia edilir.

Samir


Müəllif:

Oxşar xəbərlər