Venesuelanın paytaxt Karakasda ölkǝdǝ cinayǝtlǝrin artması vǝ iqdisadiyyatın kəskin geriləməsi ilǝ bağlı minlərlə insan etiraz aksiyası keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, aksiyada əsas tələblərdən biri hazırki hökumətin istefa verməsi olub. Etirazlara hazırda hǝbsxanada olan müxalifǝt partiyasının lideri Leopoldo Lopezin hǝyat yoldaşı Liliyan Tintori rəhbərlik edib.
Qeyd edǝk ki, Venesuelada bu ilin dekabrında parlament seçkiləri keçiriləcək.
Samir