Latınamerikalı inqilabçı Ernesto Çe Gevaranın qızı Roma Papasının mühazirəsini dinləməkdən imtina edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Aleyda Gevara bunun riyakarlığın təzahürü ola biləcəyini deyib və papa ilə görüşə gütməkdən imtina edib.
Komunist Partiyasının tanınmış üzvlərindən olan Aleyda "Mən orada bir neçə saat ayaq üstə durub nə edəcəm?" deyib.
İnqilab meydanında moizə deyən Roma Papası kubalıları milli xüsusuyyətlərini qorumağa çağırıb. O, insanları xeyirxahlıq etməyə, dostluq münasibətini saxlamağa, həyatdan zövq almağa səsləyib.
Xatırladaq ki, sentyabrın 19-da adaya gələn Papa Fransisk burada 5 gün qalacaq. O, artıq 89 yaşlı Fidel Kastro ilə görüşüb.
Rüstəm