İsrail əsgərinin fələstinli gənc qızı öldürmədən öncə çəkilən görüntüləri yayınlanıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəkillərdə İsrail əsgərlərinin silahla 18 yaşlı Hedid el-Heşlemunu nişan aldığı görünür.
Anadolu Agentliyinin məlumatına görə, hadisə Halil kəndində baş verib. İsrail əsgərləri qızın qarnına atəş açaraq onu yaralayıblar. Əsgərlər yarım saat ərzində həkimlərin yaralıya yaxınlaşmasına icazə verməyiblər. Yaralı qız xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İsrail ordusundan verilən açıqlamada, fələsinli qızın əsgərləri bıçaqlamağa çalışdığı bildirlib.
"Daily Mail"in verdiyi xəbərə görə, tələbə olan gənc qızın çantasını göstərməkdən və hicabını açmaqdan imtina etdiyi və 10 güllə vurularaq öldürüldüyü bildirilib.
"New York Times"a açıqlama verən şahid isə qızın çantasını göstərən zaman vurulduğunu söyləyib. Başqa bir şahid isə hadisə zamanı qızın şokda olduğunu və "ibri dilində bilmədiyini qışqıraraq dediyini" söyləyib.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm