Almaniyanın Kansleri Angela Merkel Suriyada baş verən böhrandan dolayı prezident Bəşər Əsədin müzakirələrə qatılmasının vacibliyini vurğulayıb.
Axar.az xəbər verir ki, Merkel Suriyadakı qeyri-stabil vəziyyətin tez bir zamanda bitməsinin vacibliyini qeyd edib.
“Bir çox rəsmilərlə danışmalıyıq. Müzakirələr sadəcə ABŞ və Rusiya ilə məhdudlaşmamalıdır. Biz İran, sünni ölkələrin liderləri, Səudiyyə Ərəbistan rəsmiləri ilə bir masa arxasına oturmalıyıq”, - deyə Merkel bildirib.
Bundan əlavə, ABŞ Dövlət katibi Con Kerri və Avstriyanın Xarici İşlər naziri Sebastian Kurz da Əsədlə danışıqlara hazır olduqlarını ifadə ediblər.