24 Sentyabr 2015 21:40
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Nyu Yorkda BMT Baş Assambleyasında iştirakı çərçivəsində ABŞ prezidenti Barak Obama və Yaponiyanın baş naziri Sindzo Abe ilə danışıqlar aparacaq.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.


Peskovun sözlərinə görə, Yaponiyanın baş naziri Sindzo Abe və ABŞ prezidenti Barak Obama ilə aparılacaq danışıqların mövzusu artıq razılaşdırılıb. Peskov hər iki görüşün bir gündə baş tutacağını bildirib.

Ağ Ev, öz növbəsində, BMT Baş Assambleyasında Rusiya və ABŞ prezidentləri arasında görüşün baş tutacağını təsdiqləyib.


Müəllif:

Oxşar xəbərlər