Rusiya, İran, ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir nümayəndələri Suriya böhranının həlli üçün oktyabrda görüşəcəklər.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.
Onun sözlərinə görə, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Misturanın da danışıqlara qatılması gözlənilir: "Danışıqların hansı səviyyədə olacağı və dəqiq yeri hələ müəyyənləşməyib. Ancaq güman edirik ki, danışıqlarda ölkələrin XİN rəhbərləri bir araya gələcək".
Samir