30 Sentyabr 2015 22:36
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti İŞİD terror təşkilatı ilə əlaqəsi olan təşkilatlara və ayrı-ayrı şəxslərə qarşı iqtisadi sanksiyalar elan edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, siyahıya 35 şirkət və iş adımının adı daxil edilib. Onların aralarsında İŞİD-in Qafqaz qanadı sayılan "İmarət Qafqaz"ın lideri Rüstəm Aselderov, çeçen səhra komandirləri Tərxan Qazıyev və Şamil İsmayilov da var.

Qadağa siyahısının coğrafiyası genişdir. Bura Böyük Britaniya, Fransa, Rusiya, Pakistan və İndoneziya vətəndaşları daxil edilib. Sanksiyaların əsas məqsədi İŞİD-i iqtisadi cəhətdən zəiflətmək və məhv etməkdir. Siyahıda adı olan hər kəsin ABŞ-dakı hesabları dondurulacaq və bu ölkəyə girişi qadağan ediləcək.

Samir


Müəllif:

Oxşar xəbərlər