Ankarada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə əyləcin tutmaması səbəbindən baş verib.
Nəticədə avtomobil avtobus dayanacağına girərərək orada dayanan insanlara çırpılıb.
Avtobusun altında qalan yaralılar xəstəxanaya yerləşdiriliblər.