Yaponiya hökuməti tam tərkibdə istefa verdiyini açıqlayıb.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu barədə qərar hökumətin fövqəladə iclasında verilib.
Yayılan məlumatlara görə, istefaya səbəb ölkədə yeni nazirlər kabinetinin formalaşdırılması zərurəti olub. Hakim partiyanın lideri və baş nazir Sindzo Abenin bu gün nazirlər kabinetinin yeni tərkibini elan edəcəyi gözlənilir.
Samir