Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış idarəsinin əməkdaşları 29 yaşlı azərbaycanlı avtoriteti saxlayıb.
Teleqraf.com primecrime.ru-ya istinadən xəbər verir ki, kriminal aləmdə Zaur Naxçıvanlı kimi tanınan Zaur Şipilov Moskvada yerləşən "Alay bazarı" çayxanasında tutulub.
Məlumatlara görə, Zaur Şipilov Azərbaycanın tanınmış avtoriteti Hikmət Muxtarovla birlikdə 2006-cı ildə Moskvada güllələnən "vor zakon" Bayram Talıbovun oğludur. Zaurun "tac qoyma" mərasimi 2013-cü ildə Türkiyədə "vor zakon" Rövşən Lənkaranski tərəfindən təşkil edilib.
Azərbaycanda doğulan Zaur boya-başa çatdığı Orenburq şəhərini öz vətəni hesab edir. Bundan əlavə, Zaur Şipilov törətdiyi cinayətlərə baxmayarq, indiyə qədər polisin diqqətindən yayınmağı bacarıb.
Samir