Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar bu gün səhər saatlarında Suriya ərazisinə daxil olub.
Axar.az xəbər verir ki, bu barədə "Əl-Məsdər” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, türk tankları İdlib vilayətindəki dağlarda yerləşdirilib. Türkiyənin bu addımı atmasına səbəb isə rəsmi Ankaranın Suriya ilə sərhəddə divar hörmək planıdır.
Xatırladaq ki, İdlib müxaliflərin nəzarətindədir və Türkiyə sözügedən bölgənin Rusiya tərəfindən bombalanmasına qarşı çıxır.