16 Oktyabr 2015 16:15
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan Xarici İşlər Nazirliyi Qazaxıstana etiraz notası göndərib.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, buna səbəb Türkmənistan-Qazaxıstan sərhədində baş verən insidentdir.

Sənəddə bildirilir: "Türkmənistan tərəfi Qazaxıstanın sərhəddəki vəziyyətlə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılmasından narahatdır. Biz qazaxıstanlı həmkarlarımızı daha obyektiv informasiya verməyə çağırırıq".

Qeyd edək ki, dünən Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkmənistanla sərhəddə vəziyyətin gərginləşdiyini bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər