Filippinin şimal hissəsi güclü Koppu qasırğa məruz qalıb.
İlkin məlumatlara görə, fırtına nəticəsində azı 1 nəfər həlak olub, bir neçə adam itkin düşüb, minlərlə insan evlərini tərk etməli oub.
Luzon adasından minlərlə insan təhlükəsiz bölgələrə evakuasiya olunub.Koppu qasırğası nəticəsində qalxan küləyin sürəti siklonun mərkəzində 200 km/saat təşkil edib.
Luzon adasında, Casiguran şəhəri yaxınlığında bazar günü səhər torpaq sürüşməsi baş verib. Xəbərlərə görə, qasırğanın keçdiyi ərazilərdə elektrik naqilləri, taxta dirəklər və ağaclar qırılıb, torpaq sürüşməsi və daşqın baş verib, evlərə ciddi ziyan dəyib.
Koppu qasırğası hazırda bir qədər zəifləsə də, rəsmilər fırtınanın ardınca daşqının güclənəcəyindən ehtiyyat etdiklərini bildirirlər.