25 Oktyabr 2015 11:52
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqdakı hərbi əməliyyatlar və Səddam Hüseynin devrilməsi İŞİD-in yaranmasına səbəb olan əsas amillərdən biridir.


Axar.az xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bler söyləyib. Onun sözlərinə görə, Səddam Hüseyni 2003-cü ildə devirənlər 2015-ci ildəki hadisələrə görə də məsuliyyət daşıyırlar:

“Bizim düzgün olmayan kəşfiyyat məlumatı aldığımıza görə hər kəsdən üzr istəyirəm. Həmçinin planlaşdırmada buraxdığımız səhvlərə görə də təəssüflənirəm. Əlbəttə, biz bilirdik ki, İraqdakı rejimin devrilməsinin nəticələri nə olacaq. Lakin heç vaxt məhz Səddamın devrilməsinə görə üzr istəməyəcəm”.

Qeyd edək ki, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı Böyük Britaniya onu dəstəkləmişdi. Həmin zaman məhz Toni Bler parlamenti və xalqı İraq müharibəsinin Yaxın Şərqə hüzur gətirəcəyinə inandırmışdı. Səddam Hüseynin devrilməsindən 12 il keçməsinə baxmayaraq, hələ də İraqa sülh gəlməyib.


Müəllif: