26 Oktyabr 2015 23:35
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Britaniyalı tərəfdaşlarımızın ifrat siyasiləməsi münasibətlərizi korlaya bilər".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Səudiyyə ərəbistanın Londondakı səfiri şahzadə Məhəmməd bin Navaf bin Abdüləziz deyib.

Onun sözlərinə görə, bir müddət öncə Britaniya hökumətinin Səudiyyəyə pentensiar sistemin islahat proqramı üçün vəsaitin ayırmayacağı ilə bağlı etdiyi çağırış ölkəsində narazılıqla qarşılanıb: "Biz tez-tez ölkəmizlə bağlı mənfi rəylərlə qarşılaşırıq. Ancaq xalqımız Britaniyanın dini adət-ənənələri, qanunlarına hörmət edir. Britaniya tərəfi də bizə hörmət etməlidir. Əgər ticari əlaqələrimiz siyasiləşməyə doğru gedəcəksə, bu sahədə əməkdaşlığımız təhlükə altında olacaq. Biz bu sahədə əməkdaşlığımızı davam etdirmək istəyirik".

Qeyd edək ki, ölkələr arasında münasibətlər 74 yaşlı britaniyalının Səudiyyədə həbsindən sonra gərginləşib. Məlumatlara görə, Səudiyyə maşının yük yerində spirtli içki aşkar edilmiş britaniyalını 12 il azadlıqdan məhrum edib və ona 350 qırmanc cəzası kəsib. Bu hadisədən sonra Leyboristlər partiyasının lideri Ceremi Korbin Səudiyyəyə pentensiar sistemin islahat proqramı üçün vəsait ayırmamaq təklifini irəli sürüb.

Samir


Müəllif:

Oxşar xəbərlər